Gəlincik uzun bədəni, qısa ayaqları və
qısa quyruğu ilə tipik sansargildir. Yaz mövsümündəki xarici görünüşü yəni, üst
hissəsi qəhvəyi, alt hissəsi isə ağ gəlincik üçün səciyyəvi xüsusiyyətdir. Qış mövsümündə
tamamilə ağ rəngə bürünür və yalnız quyruğunun ucu qara gəngli olur. Eyni
zamanda yayıldıqları məkanının hamısında mövsümlə birlikdə rəng dəyişməzlər.
Daha isti bölgələrdə heç vaxt ağ rəngə bürünməzlərkən, daha soyuq olan şimal
bölgələrində yalnızca ağ rəng olan qış postları ilə görülürlər.
Uzunluqları 17-33 sm (+ 4-12 sm quyruq) və
çəkiləri 40-360 qram arası dəyişir. Erkəklər daim dişilərdən bir az daha böyük
olur.
Gəlincik şimal yarımkürənin mülayim və
subarktik hissələrində geniş yayılmışdır. Avrasiyanın yanında Şimali Amerika
da, Qrenlandiyada və Yaponiyada da olur. İnsanların köməyi ilə Avstraliya və
Yeni Zelandiyaya da çatıb və burada ekoloji problem yaradacaq hala qədər
çoxalmışlar.
Gəlincikləri Müxtəlif yaşayış
sahələrində görmək mümkündür: Zəmilər, tarlalar, su kənarları. Bəzən də
insanların yaşayış yerlərinin yaxınlığında yaşamağa üstünlük verirlər. 3400
metr hündürlükdə yaşayanları da görülmüşdür. Böyük meşələrə isə çox da meyil
salmazlar.
Həm gecə, həm gündüz fəal olasalar da, amma,
əsasən axşam və gecə daha fəal olduğu görülür. Sığınacaq olaraq qaya dibləri,
ağac oyuqları, daş yığınları və ya başqa heyvanların tərk etdikləri evlərini
istifadə edirlər.
Gəlincik cütləşmə vaxtının xaricində tək adətən
yaşayırlar. 10 – 40 dönüm böyüklüyündə bir bölgənin içərisində hərəkət edirlər.
Bu rayonlarının sərhədini daxillərindən gələn ətirli maye ilə işarələyirlər.
Ümumiyyətlə, siçan, dovşan kimi kiçik məmələr
ilə qidalanırlar. Bundan başqa, quş, kərtənkələ, balıq və həşərat da sevimli ov
vərdişlərinə daxildir.
Onlar ova hava qararanda başlamağı üstün
tuturlar. Qurbanlarını tapmaq üçün xüsusilə eşitmə və qoxu alma duyğularını
istifadə edir və bunun üçün tez-tez arxa ayaqlarının üstündə ayağa qalxaraq
boylanırlar. Bir qurban tapdıqda sakitcə yaxınlaşıb birdən o heyvanın üzərinə
atlar, yaxasını dişləyərək öldürür və sonra onu sığınacağına daşıyır.
Yaz fəslinin sonuna, yayın əvvəlinə doğru
cütləşmə vaxtı başlayır. Ancaq dişinin qarnındakı mayalanmış toxum hüceyrəsi
ancaq bir il sonra mart ayında, bətn divarına yerləşib inkişaf etməyə başlayır.
Beləliklə, əsl hamiləlik müddəti məhz bir ay olmasına baxmayaraq, doğuş
cütləşməkdən 13 ay sonra baş verir. 3-18 (ortalama 6-9) bala dünyaya
gətirirlər. 6 həftə boyunca onları südlə bəsləyirlərr. Dişilər erkəklərdən daha
erkən yetkinləşir. Kişilər ancaq bir il sonra çoxalaraq yetkinliyə çatır.
Gelinciklər sakit şəraitdə 7 yaşına çata bilir,
amma təbiətdə çox düşmənləri olduğu üçün əsasən 1-2 ildən artıq yaşaya
bilmirlər. Əsas düşmənləri isə yırtıcı quşlar, qızıl tülkü və porsuqdur.
0 yorum:
Yorum Gönder