Zürafələr
Dünyadakı ən uzun quruda yaşayan heyvanıdır. Onun boyunun uzunluğu 4 ilə 6 metr
arasında dəyişir. Dərisinin rəngi ağ-kremrəngli örtük üzərində qara və
qəhvərəngli xallardan ibarətdir. Zürafələrə cənubi
və şimali Afrikada adətən savanna otlaqlarında və seyrək meşəliklərdə daha
çox rast gəlinir.
Erkək zürafələrin boyunun
uzunluğu 4.4-5.5 metr arasında dəyişir və çəkisi isə 1.5 tona qədərdir. Bu günə
qədər qeydə alınmış en uzun zürafə 5.9 metr və 2 ton ağırlığında olmuşdur.
Dişilər isə həm boynun uzunluğuna həm də çəkisin görə erkəklərdən daha az
olurlar. Həm dşilərində həm də erkək cinsində buynuz vardır və buynuz bərkimiş
qığırdaqdan ibarətdir. Erkək cinsi yaşlandıqca kalsiumun təsirindən buynuzlar
daha da inkişaf edir.
Bu
heyvanlar çox zəif səs tellərinə sahindirlər və 35-40 sm lik qara rəngli
dilləri vardır. Boyunlarının uzun olmasından dolayı qanın beyinə çatdırılması
çətindir və elə bu səbəbdəndir ki, çox böyük qəlbə sahibdirlər. Zürafələr gündə
ən az 10 dəqiqə, ən çox isə 2 saat yatırlar.
Eyni
zamanda bu heyvan cinsi nəsli kəsilmə təhlükəsi yaşayan heyvanlardandır.
Dünyada təxminən 100.000 ilə 150.000 arasında zürafənin yaşadığı güman edilir
və bunların demik olar ki, hər biri Afrikada yaşayır. İlk sıraları isə Kenya və
Tanzanya tutur. Bu ərazilər onlara yaşama üçün əlverişlidir. Çünki, bu
ərazilərdə geniş yayılmış o qədər də hündür olmayan akasya ağacları Zürafələrə
həm qidalanma həm də olabiləcək təhlükəni görəbilmə üstünlüyü verir.
Dediyimiz
kimi, hardasa Zürafələrin hər biri Afrikada yaşayır və onlar 6 çeşidə
ayrılmışdır. Bunlar, Cənubi Afrika Zürafəsi, Somali Zürafəsi, Angola Zürafəsi,
Maasai Zürafəsi, Nubian Zürafəsi, Qərbi Afrika Zürafəsi və Uganda Zürafəsidir.
bilgibey
0 yorum:
Yorum Gönder