Malayziya, Cənub-Şərqi
Asiyada yerləşən bir ölkədir. Malayziya Federasiyasının 11 dövlətinin
Sinqapur, Saravak və Sabah (köhnə Şimali Borney)-nun birləşməsi ilə meydana gəlmişdir.
Sinqapur 1965-ci ildə federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda
Sinqapur və İndoneziya ilə qonşudur. Ayrıca qərbdən Andaman dənizi, şərqdən Cənubi
Çin dənizinə sahili vardır. Ölkə coğrafi cəhətdən Qərbi Malayziya və Şərqi
Malayziya olmaqla, 2 bölgəyə ayrılır. Bu bölgələr də, 10 dövlətə ayrılır.
Cənub-Şərqi Asiyada yerləşir. Hind
okeanı ilə Sakit okean arasında, Malay (Kra) Yarımadasının cənub ucu və
böyük Bruney adasının şimal bölgəsində 13 əyalətdən meydana gəlmişdir. Tarixi
Malayziyanın ilk insanları olan Malayalılar, tarixin ilk dövrlərindən etibarən
əsrlərlə Çin, Hindistan, Tayland və Sumatra Adası ərazisində dağınıq bir
şəkildə yaşamışlar. VIII əsrdən on üçüncü əsrə qədər İndoneziya
sultanlığına tabe olmuşlar, daha sonra bir müddət Hindlilərin
işğalı altında qalmışlar. Bir dövlət olaraq tarix səhnəsinə 1400-ci
ildə Malay sultanlığını quraraq çıxıblar. Dünya siyasi hadisələrindən bir
müddət uzaq yaşayan Malayalılar, çox keçmədən Avropa dövlətlərinin hücumlarına
məruz qalaraq zərbə alıb. On ikinci əsrin başlarından etibarən İslamiyyət ilə
şərəflənmiş bu millət, bir çox imperialist məmləkətin işğalı altında istiqlal
mübarizəsinə başlayıb. İstilaçı qüvvələr, İslama olan düşmənçiliklərini, bu
məmləkəti təzyiq altında tutmaq və bir çox İslami əsəri təxrib etmək surətiylə
göstərmişlər. Buna qarşılıq birlik və bərabrərliyini davamlı gümrah tutan
Malayalılar, istiqlallarını qazandıqları 1957-ci ilə qədər Portuqaliya,
Hollandiya, İngiltərə və Yaponiyaya qarşı mübarizələrini davam etdirdilər.
Malaya Federasiyasının istiqlalını qazanmasından sonra, Saravak, Sabah və
Sinqapurun da, birliyə qatılmasıyla 16 Sentyabr 1963-ci ildə Malayziya Dövləti
qurulmuş oldu. Lakin, iki il sonra Sinqapurun federasiyadan ayrılmasıyla,
əyalət sayı 13-ə düşdü. Malayziyanın ilk sultanı (Tunku) Abdul Rəhman 1970-ci
ildə təqaüdə çıxanda, yerinə (Tun) Abdul Rəzak, sonra (Datuk) Hüseyn min Onn,
daha sonra da Hacı Əhməd Şah sultan oldu. Hal-hazırda Sultan Muhübuddin Şah
ibni Yusuf Qaferallah ölkənin şahıdır (1993).
Müstəqillik və Sonrası
1961-ci ildə Malayziya baş naziri
Əbdürrəhman Cənub-Şərqi Asiyadakı ingilis koloniyalarının bir federasiya
halında birləşməsi fikrini ortaya atdı. Bu federasiyaya Malayziya, Sinqapur,
Saravak, Sabah və Bruney sultanlıqları qatılacaqdı. Çin, İndoneziya və Filippinin
federasiya yaradılması fikrinə maneə törətmə cəhdlərinə baxmayaraq,
İngiltərə, Yaponiya, Avstraliya, Yeni Zellandiya və Amerika Birləşmiş
Ştatlarının dəstəyi ilə 16 sentyabr 1963-cü ildə yeni federasiya quruldu.
Federal dövlətə Bruney sultanlığı xaric adı çəkilən bütün
dövlətlər qatıldı. Yeni federasiya Malayziya (Böyük Malayziya) deyə
adlandırıldı.Ölke torpaqlarından böyük mənfəəti olan İngiltərə, Federasiyanın
müdafiə vəzifəsini öhdəliyə götürdü. Lakin, Çin ilə sülh istəyən axınların ölkə
içində güclənməsinin yanında İndoneziyanı dəstəkləyən kütləsi üzündən
federasiya çətinliklərlə qarşılaşdı. Malayziya Federasiyasının
konstitusiyası bəzi dəyişikliklər ilə qəbul edilmişdir. Sinqapur 1965-ci ildə
Federasiyadan ayrılmışdır.
Coğrafiya
Cənub-Şərqi Asiya ölkələrindən olan
Malayziya, şimaldan Tayland, Cənubi Çin dənizi və Bruney, şərqdən Selebes Gölü,
cənubdan İndoneziya, Sinqapur və Malakka Boğazı, qərbdən Hind Okeanı ilə
bitişik olan Andaman Dəniziylə əhatə olunur. Axar su baxımından olduqca
zəngindir. Ən əhəmiyyətli çayları Rejang, Kelantan, Sai Perak və Sai
Rompedir. Malayziya torpaqları iki böyük quru parçasıyla, bunların arasındakı
Cənubi Çin dənizi içində yer alan adalardan təşkil olunur. İki böyük quru
parçası Qərbi Malayziya və Şərqi Malayziyanındır. Qərbi Malayziya bir yarımada
şəklindədir və incə bir quru əlaqəsiylə indiki adı Tayland olan Siyama
bağlıdır. Şərqi Malayziya, böyük bir qismi İndoneziya hakimiyyətində olan
Borney adasının içindədir. Malayziya torpaqlarının 30% -i kənd təsərrüfatı
sahəsi, 61%-i meşədir.
Etnik tərkibi
2014-ci ilin məlumatlarına görə
Malayziyanın əhalisi 29,901,997 nəfərdir. 1960-ci ildə 8,160,975 nəfər olan
Malayziyanın əhalisi, 1970-ci ildə 10,908,634, 1980-ci ildə 13,833,739 və
1990-ci ildə 18,211,097 nəfər olmuşdur. Malayziyanın 2000-ci ilin əhalisi isə
18,211,097 nəfər olaraq qeyd olunmuşdur.
Malayziyanın əhalisi 26,640,000-dur.
Bunların 5.44 milyonu Şərqi Malayziya və 21.2 milyonu Qərbi Malayziyada
yaşamaqdadır. Malayziyada əhalinin illik artım sürəti 2.4%-dir. 15 yaşın
altındakı insan sayı ümumi əhalinin 34%-ni təşkil edir. Xalqın 50.4% -i Malay,
23.7%-i Çinli, 11%-i Yerli, 7.1%-i Hind və 7.8%-i digər etnik qruplardır.
Din
Malayziya sahib olduğu etnik qruplar və
mədəniyyətlər qədər din baxımından da, bütün bir ölkə deyil. Malayziyada ən
əhəmiyyətli din xalqın yarıdan çoxunun inandığı Müsəlmanlıq olmaqla birlikdə
ikinci böyük din Buddizmdir.
İslam: 60.4%,
Buddizm: 19.2%,
Xristianlıq: 9.1%,
Hindu: 6.3%,
Konfüçyüsçülük / Taoizm / Çin dinləri:
2.6%,
Digər (Siqhizm, Şamanizm, Bəhailik,
Animizm və s.): 2.4%-dir.
İdarəçilik
Malayziya krallıqla
idarə edilən və çox partiyalı demokratik sistemə söykənən bir konfederasiyadır.
Konfederasiyanı meydana gətirən federal əyalətlər də, krallıqla idarə olunur.
Qərbi Malayziyada olan əyalətlərin krallarından biri dörd illiyinə ümumi kral,
yəni “uca başçı” seçilir. Ölkə 31 Avqust 1957-ci ildə qüvvəyə qoyulan
konstitusiyayla idarə olunmaqdadır. İki Məclislə bir parlamentli sistem tətbiq
olunmaqdadır. Birinci məclis 69, ikinci məclis 180 üzvdən ibarətdir. Bu
məclislərin üzvləri sərbəst ümumi seçkilərdə seçilir. Malayziya Birləşmiş
Millətlər Təşkilatının, D-8, İslam Konfransı Təşkilatı, Asiya Sakit okean
İqtisadi Əməkdaşlıq, İngilis Millətlər Birliyi və Beynəlxalq Valyuta Fondu kimi
bir çox beynəlxalq təşkilata üzvdür.
bilgibəy
0 yorum:
Yorum Gönder