Firmanın qurulması 1938-ci ilə söykənir. Byung-Chull Li,
Cənubi Koreyada 30$ sərmayə ilə bir ərzaq ixrac şirkəti qurdu. Samsung on il
içərisində ərzaq istehsal edən və satan bir şirkət halına gəldi. Samsung sözü
yerli dildə "Üç Ulduz" mənasına gəlir.
1969-a qədər ərzaq, tekstil və
sığorta işləri aparan Samsung, o il Samsung-Sanyo adı ilə televizor istehsalına
girdi. 70li illərdə firma ağ-qara televizorlar istehsal edərkən, neft-kimya
sektoruna da sərmayə qoydu. On illik müddətdə 4 milyon qara ağ TV satışı
edən Samsung rekorda da imza atdı. 1987-ci ildə qurucu Byung-Chull Li öldü
və yerinə oğlu Kun-He Li idarə heyətinin sədri olub.
1988-ci ildə Samsung ölkədə ilk
mobil cihazını bazara çıxardı. 90lı illərdə isə Samsung texnologiya dünyasında
bir çox yeniliklər həyata keşirmişdir. İlk 64mb DRAM modulunun inkişaf
etdirilməsi, ilk 256mb DRAM modulunun inkişaf etdirilməsi, ilk 1gb DRAM
modulunun təkmilləşdirilməsi, ilk düz ekran TV-nin inkişaf etdirilməsi,
ilk 128mb SDRAM modulunun inkişaf etdirilməsi bunların arasında sayıla bilər.
Firma 2000li illərdə də inkişafına
davam etdi. İnkişaf etdirdiyi saat telefon Ginnes Rekordlar Kitabına girdi.
2008-ci ildə marka ABŞ mobil telefon bazarında birinci sıraya yüksələ
bilmişdir.Holdinq bütövlükdə 21 alt firmaya malikdir.
Keçən il 406 milyon mobil telefon
satan Samsungun gəlirləridə ən böyük pay, 99 milyard dollar ilə mobil cihaz
sektorunda əldə edilib.
Holding hal hazırda təxminən Cənubi
Koreyanın ixracatının 17%-nə hakim vəziyyətdədir və hər dəqiqədə durmadan 100
ədəd TV satışı həyata keçirilir. Firmanın ətraf mühitlə əlaqədar ən böyük
layihəsi isə 2009-2013 illəri arasında 4.9 milyard dollar olmuşdur. Bu
məbləğ nəticəsində Holdinq tərəfindən havaya buraxılan zəhərli qazlar 85
milyon ton azaldılıb.
bilgibey
salam. Heqiqetende samsung bir dunya markasidir sexsen men ozum evde samsung markali soyuducu paltaryuyan televizor telefon ve.s isledeirem gelin hamimiz samsunqa destek olaq hami samsung hami keyfiyyetden razi qalsin indi sizde irsad electronicsde samsungun butun modellerini elde ede bilersiz telesin
YanıtlaSil