V
işarəsi, əlin digər barmaqları qapalıykən işarə və orta barmağının açıq və
bir-birindən ayrımaq şəklinə verilən addır. Ən çox tanınan əl işarələrindən
biridir və fərqli ölkələrdə fərqli anlamalara gəlir. Bu işarə biri ovuc içi içəri
digəri isə çölə olmaq şərti ilə iki fərqli mənalarda istifadə edilir.
Ovuc iki işarəni edən şəxsə deyil,
çöl tərəfə olarsa. (Victory-Qalibiyyət).
II.
Dünya Müharibəsi əsnasında Zəfər işarəsi (İngilis Victory sözünün baş hərfi
olan Vyi nişanlayacaq şəkildə) olaraq dövrün İngiltərə baş naziri Uinston
Çörçill tərəfindən məşhurlaşdırılmışdır. ABŞ-da və daha sonra 1960lı illərdən
etibarən bütün dünyada sülh anlamına gələr şəkildə istifadə edilmişdir.
Mənbəyi
bilinməyən bir inanca görə V işarəsi 1415-ci ildə İngiltərə ilə Fransa arasında
aparılan "Agincourt" müharibəsində ortaya çıxmışdır. Hekayəyə görə
Fransızlar İngilis oxlarını atan yaycıların əsir ediləndə oxu atmaq üçün
istifadə etdikləri iki barmaqlarını kəsəcəklərini elan etmişlər. Müharibədən
İngilislər qalib gəldikdə isə qalib oxatanlar Fransızlara kəsilməmiş
barmaqlarını göstərmiş və bu şəkildə qalibiyyətin rəmzi olan qoşa "V"
hərfinə bənzər işarə ortaya çıxdığı güman edilir.
Tarixdə
V işarəsindən bəhs olunan ilk əsaslı qaynaq isə
16.yüz illikdə Fransız yazar Fransua Rabelaisin əsərlərindən görülür.
20-ci əsrin əvvəllərində isə İngiltərə
Baş Naziri Uinston Çörçill tərəfindən "qalibiyyət" (Victory) mənasında
geniş olaraq istifadə edilməyə başlamışdır. Daha sonralar, bu barmaq işarəsi, qələbə
mənası verən Nasist Almaniyasının işğalı altındakı bölgələrdə müqavimətin
simvolu olaraq, Fransa, Hollandiya və Cersi Adası kimi yerlərdə tez-tez istifadə
edilməyə başlanmışdır.
Ovuc iki işarəni edən şəxsə tərəf
olarsa. (Peace-Sülh).
İkinci
mənada istifadiə edilən “V” hərfini andıran bu işarə sülh rəmzi mənasında da
istifadə edilir. ABŞ-ın Vyetnama silahlı müdaxilə etdiyi Vyetnam Müharibəsi
zamanı xüsusilə müharibə əleyhinə nümayişlərdə “V” işarəsi sülh rəmzini ifadə
edəcək şəkildə istifadə edilmişdir.
bilgibey
0 yorum:
Yorum Gönder