Yuxuda
danışma, yuxunun bölünməsi şəklində
ortaya çıxan bir hadisədir. Buna dərin olmayan yuxu da deyilir. Bu hadisənin bu şəkildə adlandırılmasının əsas səbəbi də
elə, yuxusunda danışmağa başlayan insanın yuxusunun qısa aralıqlarla bölünməsi
və yarı ayıq vəziyyətə gəlməsidir.
Bəs
Yuxuda Danışmaq Nəyin Əlamətidir. ?
Yuxuda
danışnmaq, hər hansı bir xəstəlik deyil və xüsusi ilə depressiv narahatlıqları
olan insanlarda yaşanmaqdadır. Amma, bu cür hadisə eyni zamanda az yaşlı
uşaqlarda və eləcə də gün boyu gərgin, stressli gün keçirmiş insanlarda da sıx
ortaya çıxmaqdadır. Yəni, gün boyu stress yaşamaq ya da hər hansı bir hadisəni
durmadan götür-qoy edərək, bunu dərd halına gətirmək, dərmanlardan istifadə etmək
insanlarda yuxusunda danışmaq kimi vərdiş
yaradır. Amma, bu hadisə bir xəstəlik deyildir və müalicəsi üçün drman istifadəsinə
baş vurmaq baş vurulacaq yol olmamalıdır. Xatırladaq ki, yuxuda danışmaq
sağlamlıq üçün zərərli deyildir. Bu əlamətləri ortadan qaldırmaq üçün isə,
yuxusunda danışan insanı gün boyu stresslərdən uzaq tutmaq daha yararlı
olacaqdır. Bəzi hallarda yuxusunda sayıqlayan insan, digərləri ilə dioloqa da girə
bilər və kimlrinsə suallarını da cavablandıra bilər. Bu şəkildə bir halın uzun
müddət davam etməsi, sayıqlayan şəxsi yorar və yuxusunu tam almamasına səbəb
ola bilər. Eyni zamanda bəzi insanlar yuxusunda danışmaq, sayıqlamaqla bərabər,
gəzintiyə də çıxa bilər. Ümumiyyətlə həm yuxusunda danışan, həm də gəzintiyə
çıxan birini oyatmaq düzgün deyildir. Ən yaxşı həll yolu isə, həmin şəxsləri
oyandırmadan yenidən dərin yuxuya getmələri üçün mübarizə aparmaqdır. Bunun
üçün baş vurulacaq yollar yuxuda danışan birini danışdırmamaq, onun yuxuya getməsi
üçün səssizlik yaratmaqdır. Yuxu fəaliyyətləri arasında diqqət edilməsi vacib
olan şey isə, gəzintiyə çıxan birinin özünə zərər yetirməməsi üçün qorumaqdır.
bilgibey
0 yorum:
Yorum Gönder