Buldoq,
əsrlər öncə İngiltərədə buğa və ayı döyüşləri üçün istifadə edilmiş bir it
irqidir. Buldoq adı, İngilis bull (buğa) və dog (it) sözlərinin bir araya
gəlməsi ilə ortaya çıxmışdır.
İngiltərədə
1835 qaydasız döyüş idman növləri qadağan olunandan sonra, buldoqun
funksiyanın başa çatdığı düşünülsə də, buldoq həvəskarları irqi qorumağa qərar
veriblər və bu davakar idi sakit, səssiz bir ev itinə çevirməyi bacarıblar.
İngilis
buldoqu, bədəninin qalan hissəsinə nisbətən çox iri olan başı, doğuşlarının
qeysərlə keçirilməsini tələb edir.
Bundan
əlavə, dişilərinin çoxu sonsuzdur. Bu amil buldogların dəyərini yüksəldib.
Yastı
üz quruluşu səbəbiylə tənəffüs pozuntularına qarşı olduqca diqqətlidir və
istidən çox təsirlənir. Bundan başqa, qulaqları da tez-tez narahat edən
amillərdəndir. Görünüşünə baxmayaraq, həm sevgi dolu, həm də etibarlıdır.
Uşaqları sevir amma, xoşlamadığı insanlara qarşı sərt davrana bilir. Xoşbəxt
olması üçün insanlardan qayğı görməsi kifayətdir. Xoruldamaq və ağız suyunun
axması ilə məşhurdur. Mənzildə rahatlıqla yaşayır və ev içərisində çox
hərəkətli deyil.
Yetkin
bir buldoqun ağırlığı 22 kg, çiyindən yerə hündürlüyü 33-38 sm-ə çatır. 19
cu əsrə qədər döyüşlərdə istifadə edildiyi üçün o, təcavüzkar, yırtıcı və qan tökücü
bir heyvan olaraq bilinirdi və elə bu səbəbdəndir ki, Romalılar zənciri
vurulmuş olsa belə bir buldoqun küçəyə çıxarılmasını qadağan etmişdilər.
Əsrlər
sonra təhdid edici görünüşünü qorumaqla yanaşı, yaxşı xasiyyətli, təmkinli,
ləyaqətli, sadiq və təmiz ev itinə çevrilmişdir.
19
cu əsrdən sonra Buldoqların bir qladiator kimi malik olduğu karyera sona
çatdıqdan sonra gözətçi və polis, hətta orduda bəzi köməkçi vəzifələrdə
istifadə edilməyə başlanılmışdır.
ABŞ-da
bir bulldoq müharibədə göstərdiyi xidməti yararına görə beş lent və bir bürünc
ulduz ilə təltif edilib, Bir digərinə isə onbaşılık rütbəsi verilib.
bilgibey
0 yorum:
Yorum Gönder