14.02.2016

Anormallıqlarına görə həyatları boyu sirklərdə yer almış 13 insan

1800-cü illərdə anormal xüsusiyyətlərə sahib insanların sirk tamaşalarında yer alması tarixin ən qəddar hadisərindəndir.O dönəmdə doğulmuş və həyatları boyunca sirklərdə sərgilənmiş 13 insan:

1. Joseph Merrick - Fil Adam


Dövrünün bəlkə də,ən məşhur insanıdır.1862-ci ildə doğulmuşdur.Həm genetik pozğunluğa,həm də bədənində zaman keçdikcə böyüyən şişlərə sahib olmuşdur.Həyatını davam etdirmək üçün sirk şoularında yer almağı qəbul etdi.1890-cı ildə isə yuxuda öldü.Boğulmamaq üçün oturaraq yatardı,buna görə də,başının anidən düşdüyü və boynunun qırıldığı düşünülür.

2. Eli Bowen - Ayaqsız insan


Eli Bowen sərgilədiyi akrobatik tamaşalara görə məşhur idi.79 yaşında bir sirkdə öldü.

3. Lucia Zarate - Gəlincik qız


Hələ də dünyanın tarixdə yaşamış ən kiçik insan rekorduna sahib olan Lucia Zarate doğulduğunda sadəcə 230 qram idi.Çəkisi ən çox 2 kilo 100 qram olmuşdur.Boyu isə 50 sm idi.26 yaşında bir sirkdən qayıdarkən mindiyi qatar qar fırtınası səbəbi ilə dayanmaq məcburiyyətində qaldı.Lucia da soyuqdan bədən tempraturunun düşməsi nəticəsində öldü.

6. Minnie Wolsey - Koo Koo


1880-ci ildə Virchow-Seckel adlı nadir bir sindromla doğulan Minnie kiçik çənəsi,böyük gözləri,qulaqları və burnu ilə birlikdə qəribə bir üz quruluşuna malik idi.Həmçinin,saçsız və dişsiz idi,yüksək dərəcədə görmə pozğunluğuna malik və bir az da zehni əngəlli idi.Tamaşalarında əsasən,quş paltarı geyindirilərdi.Sirkdən ayrıldıqdan sonra həyatının qalan hissəsini bir sığınma evində keçirmişdir.


7. Elvira və Jenny Lee Snow - Pip və Flip




Son zamanlarda Zika virusu ilə gündəmdə olan mikrosefali ( beynin və kəllənin inkişafdan qalması) ilə doğulmuş əkizlər öz ailələri tərəfindən pul üçün sirklərə verilirdi.

8. Fred Wilson - Xərçəng Oğlan




1866-cı ildə əllərində və ayaqlarında anormallıqlarla dünyaya gələn Fred Wilson, bu cür şoularda yer alan ilk insanlardan biri olmuşdur.


9. Annie Jones - Saqqallı Qadın




Hələ 5 yaşında olarkən saqqalı və uzun bakenbordları olan Annie, bir kəllə-sümük tədqiqatçısı tərəfindən qaçırıldı.Bir yolla qaçaraq ailəsinin yanına qayıtdı.Yetkin olduğu zaman sirk şoularında yer alan Annie,iki dəfə evləndi və 37 yaşında olarkən vərəmdən öldü.


8. Josephine Corbin - Dörd Ayaqlı Qadın



Belindən aşağı hissəsi iki yerə ayrılan Josephine, iki çanaq sümüyü, iki cinsiyyət orqanı və dörd ayağa sahib idi.Bir dəri infeksiyası səbəbi ilə,16 yaşına qısa bir vaxt qala vəfat etdi.

9. Alice E. Doherty - Yun Gəlinciyi



1887-ci ildə Hipertrixoz (qurd adam sindromu) adı verilən xəstəliklə doğulan Alice,hələ də Amerikada bu sindromla doğulmuş tək insan hesab edilir.Bütün üzü sarı saçlara bürünmüş Alice,ailəsi tərəfindən 2 yaşında olanda sirklərə göndərildi.Onu sadəcə pul qazandırdığına görə qəbul etdilər.

10. İsaac Sprague - Skelet Adam


12 yaşına qədər normal bir uşaq olan İsaac,ani olaraq çəki itirməyə başladı.44 yaşında olanda 1.60 boyunda və sadəcə, 19 kilo idi,ancaq buna baxmayaraq,3 oğlu oldu.46 yaşında olarkən boğularaq öldü.

11. Millie və Christine McCoy - İki Başlı Bülbül



Kölə olaraq doğulan bitişik əkizlər, hələ 10 aylıq olarkən bir sirk şousuna verildi.1 il sonra da 1000 dollara ailələri tərəfindən satıldılar.Onları Bower adında bir kişi almışdı,amma maraqlı olduqlarına görə,dəfələrlə qaçırıldılar.Köləlik ləğv edildikdən sonra isə əkizlər analarıyla bir araya gələ bildilər.

12. Schlitzie


Sirk şoularının ən tanınmış qəhrəmanlarından olan Schlitzienin əsl adı bilinmir,amma o da mikrosefali səbəbi ilə inkişafdan qalmış bir beyinə malik idi.3 yaşındakı bir uşağın zəkasına sahib olduğu bilinir.

13. Chang və Eng - Siyam Əkizləri



Bitişik əkizlərə "Siyam əkizi" deyilməsinə səbəb olan əkizlər,1811-ci ildə indiki Taylandda doğulmuşdur.Öz dövrlərində çox nadir rast gəlindiklərinə görə böyük təəccüblə qarşılanan əkizlər,həyatları boyunca dünyanı gəzərək şoularda iştirak ediblər.30 yaşlarına gəldiklərində şou dünyasından uzaqlaşıb iki ayrı qadınla evlənən Chang və Engin ümumilikdə, 21 uşağı oldu.Heç bir vacib orqanı bölüşməyən əkizlərdən Chang, 1874-cü ildə iflic olaraq öldü,səhər onun ölü olduğunu görən əkizi,həkiminə zəng etdi,ancaq həkim gəldiyində Eng də vəfat etmişdi.

marmelat

0 yorum:

Yorum Gönder