Çaydan
ilk istifadə, E.Ə 2737-ci ilədək Çin İmperiyasına gedib çıxır. Çay kəliməsi
Çinin yerli dili olan mandarin ləhçəsində "ça", Amoy ləhçəsində isə,
"te" şəkilində ifadə edilmişdir. Mandarin ləhçəsininAvropada ilk dəfə,
"ça" şəklində tələffüzü Portiqalyalı ticarətçilər tərəfindən gətirilmişdir.
Daha sonra, günümüzdə Avropada istifadə edilən, "tea" kəliməsi,
Hollandiyalı ticarətçilər tərəfindən Amoy ləhçəsindən istifadə edilərək gətirilmişdir.
Çayin tarixindən bəhs edən əfsanələrə görə, Çinin ilk imperatorlarından olan Shen Yung, çay bitkisinin təsadüfən isti
suya düşməsinə şahid olur. Daha sonra, İmperator, çayın vurğunu olur və yeddi
il ərzində o bölgədə qalaraq daim çay içir.
Çay
haqqında Avropada ilk dəfə söz edilməsi isə, minlərlə il sonra, 1559-ci ildə
baş vermişdir. 1606-cı ildə artıq çay Aavropada isidafə edilməyə başlanmış və
1635 ilindən sonra, Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən
ölkələr olmuşlar.
İlk
dəmlənmiş çay nümunəsinin Çindən Avropaya gəlməsi isə, 1650li illərdə baş
vermişdir.
Piter
Stuyvesant Amerikaya ilk dəfə çayı aparan şəxsdir.1800-cü illərdə, Avropa və
Amerikada yavaş-yavaş çay sənayesi ortaya çıxmağa başlamışdır.
Böyük
çay ticarətçisi olan,Tomas Liptonun ilk dükanı
isə, 1871-ci ildə İngiltərədə, Qlazqoda açılmışdır. 1890-ci ildə Thomas
Lipton, Seylon"da ilk çay plantasiyasını satın alır və o, Hindistandan gətirilən
çay toxumlarını 1903-ci ildən etibarən Keniyada yetişdirməyə başlatır.
Çayın
soyuq şəkildə istifadə edilməsi isə, maraqlı tarixlə ortaya çıxmışdır.
Amerikada, isti havalarda çay satmaqda çətinlik çəkən Riçard Blechynden, çayı
soyuq halda təqdim etməyə başlayır. Nəticədə, Amerika mənşəli "Ice
Tea" anlayışı da məhz bu təsadüflə doğur. İlk bağlama çay (birdəfəlik) isə,
1908-ci ildə baş vermişdir.
Günümüzdə
isə, bir il ərzində dünyada istehlak edilən İsti çay tam 3 min 660 ədəd
olimpiya üzgüçülük hovuzunu dolduracaq qədərdir.
0 yorum:
Yorum Gönder