Dogonlar malidə yaşayan və ancaq 1930-cu ildə aşkar edilən
bir qəbilədirlər. Malinin əhalisinin 4% ni təşkil edən bu qəbilədə insan sayısı
10.000 dən çox deyil. 1930-cu ildə alimlər sıx meşəliklrə üz tutaraq
tətqiqatlara başlamışlar və onlar qalın meşəliklərin arxasında nəyin olduğundan
xəbərsiz idilər. Alimlər meşəliklərdən sonra, çadırlarda yaşayan və qədim
qəbilələr kimi, yanlızca ovçuluqla və əkinçiliklə məşğul olan qəbiləni gördükdə
xeyli təəccüblənmişdilər. Amma, ən təəccüblü olan isə, Dogon qəbiləsinin bilik
səviyyəsi idi. Heç bir texnoloji yeniliklərdən xəbəri olmayan qəbilə üzvləri,
son illərdə aşkar edilən biliklər daxil olmaqla, o zaman hələ yenicə kəşf
edilmiş meteroloji və səma cisimləri haqqında xeyli məlumatlı idilər. Bu qəbilə
yerin oval olması və günəş ətrafında fırlanması, qyın yer ətrafında dövr etməsi
kimi məlumatlarla bərabər ən əsası da Sirius ulduzu haqqında yetərincə
məlumatlı olduqlarıdır. Dogonlar 8.6 işıq ili uzaqda qoşa Sirius ulduzunun
olduğunu, Sirius B nin çox ağır bir ulduz olduğunu, spiralvarı qalaktikanın
arxasında bir də spiralvarı qalaktikanın olduğunu bildirmişlər. Halbu ki,
qalaktikanın spiralvari olması tədqiqatçı alim Hummel tərəfindən 2.5 metrlik
teleskopla 1925-ci ildə sübut edilmişdir. Ən heyrət verici geşək isə, Dogonlar
bu məlumatları babalarından əldə etdiklərini demələridir.
Dogonlar iddia edirlər ki, onlar
bir zaman yerə gəlmiş Sirius gəmisində olan babalarının varisləridir. Onlar bu
işıq sürətli ilə uçan gəmidə insanların toxum halında yerə göndərildiyini və
gəmi yerə çatanadək o toxumun inkişaf edərək insan halına çevrildiyini də iddia
etmişlər. Qəbilə eyni zamanda alimlərə məlum olmyan sirius C ulduzunun da
olduğunu bildirərək, hətta sirius B də bir qaşıq maddənin əlli ton ağırlığında
olduğunu da demişlər. Alimlər qəbilənin bu dediklərinin onların məlumatlarının
bir hisssəsi olduğunu deyərək, bəzi məlumatları gizlədiklərini dilə
gətirmişlər.
Heç bir tüxnoloji yenilikdən xəbəri
olmayan qəbilənin əsas işi ovçulu, əkinşilik və divarlara rəsm şəkərək rəqs
etməkdir.
0 yorum:
Yorum Gönder