Günümüzdə göy qurşaqları haqqında elmi isbatlarla əldə
edilən məlumatlar, qədim dövrlərdəki əfsanələri tamamı ilə inkar etməkdədir.
Əlbəttə bu deyimləri bizim də əfsanə kimi qəbul etməkdən başqa bir seçimimiz
yoxdur. Çünki, hər şey elmi izahı ilə ortadadır. Göy qurşağı tamamı ilə,
meterolojik bir hadisədir. Yəni, bu nə çıxdığı zaman bolluq gətirən əlamət ya
da başqa bir şey deyil. Sadəcə bir izahı ortada olan təbiət hadisəsidir.
Göy qurşağı günəş dalğalarının,
şüalarının yağış damlaları və sis tərəfindən qızılması və əks olunması
nəticəsində ortaya çıxır. Yəni, yağış damcıları və sis üzərində əks olunan
şüalar düşdüyü bucaqdan aslı olaraq rənglər alır. Amma, göy qurşağının rəngləri
eyni zamanda sabittir və əksər hallarda qırmızı rəng ən çöl hissədə, bənövşəyi
rəng isə iç hissədə yer alır. Bəzi istisna vəziyyətlərdə ikinci tip və üçüncü
tip göy qurşaqları da görülə biər. İkinci tip dediyimiz qurşaqda bənövşəyi rəng
ən çöldə, qırmızı rəng isə ən içdə yer alır. Üçüncü tip dediymiz qurşaq isə ya
tünd qırmızı ya da yaşıl qırmızı rənglərdən ibarət olur.
Biz nə qədər hərəkət edirsək edək,
göy qurşaqları ilə aramızdakı məsafə eyni qalacaqdır və biz hərəkətdə olarkən
hərəhət bucağımızdan aslı olaraq rənglər də dəyişəcəkdir. Elə bu əbəbdən də,
iki insanın durmuş olduğu mçvqedən aslı olaraq onlar göy qurşaqlarını fərqli
görəcəklər. Amma, ən çox görünən göy qurşağının rəng sıralaması isə, qırmızı,
narıncı, sarı, yaşıl, yaşıl-göy, göy və bənövşəyidir. Unutmayaq ki, göy qurşağı
daha çox axşama doğru yaz yağışlarından sonra görünür. Güclü yağış sonrası olan
göy qurşaqları daha aydın rəngli, xırda yağış sonrası şıxan göy qurşaqları isə,
rəng baxımından zəyif seçilsə də daha geniş olur. Siz də yaz günü havaya su
damcılarını püskürtərək sünü göy qurşağı yarada bilərsiniz.
0 yorum:
Yorum Gönder