1. Sahilə Çıxan Cəsəd - Tamam Shud Hadisəsi
1 dekabr 1948- ci ilde sabahın erkən saatlarında Avstraliyanın Adelaide bölgəsinin Somerton sahilində kim olduğu bilinməyən bir cəsəd tapıldı.Tapılan cəsəd, yay olmasına baxmayaraq, çox qalın geyinmişdi, paltarlarının üstündə heç bir etiket yoxuydu və sahildə tapılmasına baxmayaraq, paıtarları olduqca səliqəli və təmiz idi.Tibbi ekspertizadan sonra, bilinməyən bir maddəylə zəhərləndiyi məlum oldu.Hadisənin sirr doğurmasına səbəb isə cəsədin geyindiyi pencəyin gizli bir cibindəki Tamam Shud yazılı kağız parçası idi.Qəzetlərə verilən elanla kağızın qoparıldığı kitab tapıldı və yazının Ömər Xəyyamın bir şeirinin Bitdi, tamamlandı mənasını verən son misrası olduğu öyrənildi.Kitabın arxasında yazılan telefon nömrəsi də bir tibb bacısına aid idi.Tibb bacısı, kitabı 2.Dünya Müharibəsi zamanında Alfred adında bir leytenanta verdiyini dedi.Alfred tapıldı və ön səhifəsində tibb bacısının əl yazısı olan kitabdakı Tamam Shud yazılmış hissənin qoparılmadığı görüldü.
2. Hz.Məryəmi Görən Üç Uşaq - Fatima Hadisəsi
Deyiənə görə,1917-ci ildə Portuqalyanın Fatima adlı kiçik bir kəndində dağlarda çobanlıq edən üç uşaq Hz.Məryəmi gördü.Hz.Məryəm hər ayın 13-də gələcəyini dedi və uşaqlardan bir kilsə tikmələrini istədi.Hz.Məryəmin uşaqlara İkinizi yanıma çağıracam dediyi iddia edilir və iki uşaq da bir il arayla vəfat edir.Lucia adlı üçüncü uşaq isə rahibə olmaq üçün monastıra gedir.Hz.Məryəmin ona üç sirr verdiyini deyən Lucia ikisini insanlara açıqlayır.Sirlərdən biri Rusiyada kommunizmin yüksəlməsi, digəri isə 2.Dünya Müharibəsi haqqındaydı.Üçüncü sirr isə bir zərfin içində Papaya verilib və indiyədək açıqlanmayıb.
3. Bütün Heyəti Ölən Gəmi - S.S.Ourang Medan
1947-ci ilin iyun ayıında Hollandiya bayraqlı gəmi Sumatrada iki yardım siqnalı göndərdi.İlk mesajda Kapitan daxil hamı öldü, ikincisində isə Ölürəm deyilirdi.Bir gəmi köməyə getdi.Ourang Medana çattıqlarında isə gəmidəki it daxil olmaqla, bütün heyətin əlləri günəşə dönük və üzlərindəki qorxu ifadəsiylə öldüyünü gördülər.Qısa bir müddət sonra partlayışla batan gəminin sirri hələ də məlum deyil.Hadisənin səbəbinin daşıdıqları bioloji silah,yadplanetli hücumu və s. olduğuna dair irəli sürülən fərziyyələr mövcuddur.
4. Uçuş Zamanı İtən Pilot - Frederick Valentich
Avstraliyada 21 oktyabr 1978 tarixində Frederick Valentich adlı bir pilot cənubda bir adaya doğru yola çıxır.Bir anda üstündə gəzən "yaşıl işıqlar saçan, təyyarəyə bənzəməyən, olduqca sürətli" bir cisim gördüyünü nəzarət qülləsinə bildirir və qısa müddət sonra əlaqə kəsilir.Əvvələr də bu bölgədə yaşıl işıqlar saçan bir cismin varlığı hadisəni daha da sirli bir hala gətirir.Pilotun itməsi ilə bağlı bir çox fərziyyələr irəli sürülsə də, heç kim əslində nə baş verdiyini bilmir.
5. Şeytan Aşırımı - Dyatlov Hadisəsi
.
2 fevral 1959- cu ilin gecəsi Ural dağlarına səfərə çıxmış 9 alpinistin ölümü ilə nəticələnən sirli bir hadisədir.Kholat Syakhl dağının şərqindəki Dyatlov aşırımında baş vermişdir."Kholat Syakhl" Mansi dilində "Ölüm Dağı" mənası verir.Dyatlov adı isə qrupun lideri İqor Dyatlovun adından götürülmüşdür.
Dağçıların çadırları iç tərəfdən cırılaraq parçalanmış, qurbanların bəziləri qarda ayaqyalın, hətta alt paltarları ilə qaçaraq bir şeydən qaçdıqları, ikisinin kəllə sümüyünün, ikisinin də qabırğalarının qırıldığı, birinin də dilinin yerində olmadığı aşkarlanıb, ancaq bütün bunlara baxmayaraq cəsədlərin üstündə heç bir kəsik və yaxud yara izinə rast gəlinməyib.Paltarlarında isə yüksək dərəcədə radiasiya izləri var idi.Ölənlərin yaxınlarının dediklərinə görə, cəsədlərin dərilərində narıncı, saçlarında isə boz rəng üstünlük təşkil edirdi.
Bölgəyə yaxın ərazidə yaşayan insanlar hadisə baş verən ərəfələrdə havada narıncı rəngli kürələr gördüklərini bildirmişdilər.Bəzilərinə görə, bu SSRİ-yə aid bir silah, bəzilərinə görə isə yadplanetlilərə aid "uçan boşqab" olub.
bilgibazarı
0 yorum:
Yorum Gönder