Dünyada ən yüksək binalar.
10. Jin
Mao Tower
421 metr olan, bu bina Çinin Şanqay şəhərinin Pudon bölgəsində
yerləşir. 88 mərtəbəsi olan bina ofis, nəzarət məntəqəsi, əyləncə, restoran
məqsədi ilə istifadə edilir.
9. Trump International
Hotel and Tower
423 metr olan bina Çikaqoda yerləşir. Toplamda 96 mərtəbədən ibarət olan
bina, 847 milyon dollara başa gəlmişdir. Tramp Tower Çikaqo olaraq da
tanınan bina, otel və ofis kimi istifadə edilir.
8. Guangzhou International Finance Center
440 metr və 103 mərtəbədən ibarət olan bina Çində, Guangzhou bölgəsində
yerləşir. Binanın ilk 66 mərtəbəsi ofislər üçün, 67-68-ci mərtəbələri texniki
dəzgahlar üçün, 97-98 otellər, 100-cü mərtəbə isə, yüksəkdən nəzaət üçün
istifadə edilir. 2005-ci ildə tikintisinə başlanmış və 2010-cu ildə
tamamlanmışdır.
7. Willis Tower
1974-cü ildə tikintisi tamamlanan bina, 2009-cu ilə qədər Sears Tower adlandırılmışdır.
Bina hal hazırda Ameikanın ən yüksək binasıdır. Hündürlüyü 527 metr olan bina
108 mərtəbədən ibarətdir.
6. Nanjing Greenland Financial Center
2010-cu ildə tamamlanan bina, Çinin ən yüksək binasıdır. Bina ticarət,
ofis, nəzarət kimi istifadə edilir. Mərtəbə sayısı 89-dur.
5. Petronas Towers
Malezyanın Kuala Lampur şəhərində yerləşən ekiz binalar eyni zamanda
dünyanın ən yüksək ekiz binasıdır. 451 metr olan bina 88-mərtəbədən ibarətdir
və tikintisi üçün 1.5 milyard dollar xəclənmişdir. Eyni zamanda binada iki, bir
birinə keçmək üçün körpü var və bunlar dünyada ən hündürdə tikilən körpülərdir.
4. International Commerce Center
Hong Kongun qərbi Kowloon bölgəsində yerləşən binanın yüksəkliyi 484
metrdir və 2010-cu ildə tamamlanmışdır. Binanın içində Ritz Karlton 5 ulduzlu
restoranı yer alır və son 15 mərtəbə bu restorana aiddir.
3. Shanghai World Financial Center
Çinin Şanqay şəhərinin Pudong bölgəsində yerləşən bina, 494 metrdir və 101
mərtəbədən ibarətdir. 2008-ci ildə tamamlanmış bina üçün 1.2 milyard dollar
xərclənmişdir.
2. Taipei 101
Tayvanın rəmzi sayılan bina, 2004-cü ildə
tamamlanmışdır. Mühəndislik möcüzəsi kimi sayılan bina, 2010-cu ilə qədər,
dünyanın ən yüksək binası olmuşdur.
1. Burj Khalifa
Dünyanın ən yüksək binası isə, Birləşmiş Ərəb
Əmirliklərində, Dubayda yerləşir. 828 metr olan bina, 160 mərtəbədən ibarətdir.
Eyni zamanda 76-cı mərtəbəsində yerləşən hovuz, dünyanın ən hündürdə yer almış
hovuzudur.