Yəqin ki, bu posterləri artıq dəfələrlə görmüsünüz.Bir çoxunun parodiyaları və fərqli versiyaları belə var.Bəziləri maraqlı hekayələri ilə də seçilir.
1. "Che Guavera"
Bir inqilab simgəsi kimi tanınan bu posterin dizaynını Jim Fitzpatrick, Alberto Kordonun 1960-cı ildə çəkdiyi foto əsasınında vermişdir.
2. "Einsteinin Fotosu"
Foto Einsteinin 72-ci yaş günündə çəkilmişdir.Einstein bütün fotoqrafların kameralarına gülümsəməkdən bezir və sonda bu pozu verir.
Ən məşhur fotosu da bu olmuşdur.Bu günlərdə sosial şəbəkə istifadəçilərinin "ən sevimli" fotolarından biridir.Ən azından ölkəmizdə...
3. "Keep Calm And Carry On"
Poster, İngiltərə tərəfindən İkinci Dünya Müharibəsi zamanında hazırlanmışdır.bu poster də günümüzdə sosial şəbəkə istifadəçilərinin və dizaynerlərin sevimlilərindəndir.Dekorasiya üçün də geniş istifadə olunur.
4. "ABŞ Əsgər Qəbulu Posteri"
4. "ABŞ Əsgər Qəbulu Posteri"
Amerikan ordusu əsgər toplamaq üçün belə bir poster hazırlamışdı.1877-1960-cı illərdə yaşamış illüstrator J.M.Flag tərəfindən hazırlanmışdır.Poster,"Uncle Sam" adı ilə tanınır.
5. "The Rolling Stones "
Dünyadakı ən yaxşı və ən məşhur rok qruplarından hesab olunan "Rolling Stones" qrupunun loqosu ikonik posterlər arasında öz yerini almışdır.
6." Hope"
Mənası "ümid" olan bu poster, Barack Obamanın prezident seçkilərində istifadə edilməsi üçün Shepard Fairey adlı küçə sənətçisi tərəfindən hazırlanmışdır.Orginal fotonun müəllifi isə Mannie Garciadır.
Poster, 2008-ci ildə çəkilmiş "The Big Lebowski" filmindən ilhamlanaraq hazırlanmışdır.
7. "Abbey Road"
Bütün dövrlərin ən yaxşı sənətçisi siyahısında 1-ci yerə layiq görülmüş "The Beatles" qrupunun "Abbey Road" albomunun qapaq şəklidir.
Şəkildəki yolun adı da "Abbey"dir və dünyanın ən məşhur piyada keçisi kimi tanınır.Arxadakı maşının nömrəsi isə dəfələrlə oğurlanmışdır.
8. "Bob Marley"
Dünyaya reggae musiqisini tanıdan Bob Marleyin bu fotosunu poster olaraq, hər yerdə görmək mümkündür.
9. "Hidden Depths"
"Gizli dərinliklər" mənası verən poster, İngiltərədə geniş istifadə olunur.Aysberqin görünməyən tərəfini təmsil edir.
10. "Audrey Hepburn"
Bütün dövrlərin ən gözəl qadınlarından hesab edilən, moda ikonası və öz dövründə Hollywoodun sevimli aktrisalarından olan Audrey Hepburn...Bu gün belə çox sayıda pərəstişkara malikdir.
Posterlər daha çox 1961-ci ildə çəkilmiş "Tiffanydə Qəlyanatlı" filminin foto çəkilişlərindəndir.
11. "We Can Do It"
İkinci Dünya Müharibəsi zamanı hərbi silah-sursat istehsal edən fabriklərdə işləyən qadınların simgəsi hesab olunur.Feminist bir simgə kimi qəbul edilir, çünki kişilərin gördüyü işlərin öhdəsindən qadınların da gələ biləcəyini göstərir.
Şəkildəki qadın isə Rosie the Riveter olaraq tanınır.Poster J.Howard Müllerə məxsusdur.
bilgibazarı
0 yorum:
Yorum Gönder