Məşhurlar Kategoriyası Üçün Klikləyin

Hörmətli Ziyaritçi, Siz Bu Slide' nin Üzərinə Klikləyərək "Məşhurlar" Kategoriyası Adı Altında Yer Alan Məqalələrə Yönləndirilə Bilərsiniz.

Foto Maraq

Hörmətli Ziyaritçi, Siz Bu Slide' nin Üzərinə Klikləyərək "Foto Maraq" Kategoriyası Adı Altında Yer Alan Məqalələrə Yönləndirilə Bilərsiniz.

Heyvanlar Aləmi Üçün Klikləyin

Hörmətli Ziyaritçi, Siz Bu Slide' nin Üzərinə Klikləyərək "Heyanlar Aləmi" Kategoriyası Adı Altında Yer Alan Məqalələrə Yönləndirilə Bilərsiniz.

Moda və Qulluq

Hörmətli Ziyaritçi, Siz Bu Slide' nin Üzərinə Klikləyərək "Moda və Qulluq" Kategoriyası Adı Altında Yer Alan Məqalələrə Yönləndirilə Bilərsiniz.

Nə Anlama Gəlir

Hörmətli Ziyaritçi, Siz Bu Slide' nin Üzərinə Klikləyərək "Simvollar və Sözlərin Mənası" Kategoriyası Adı Altında Yer Alan Məqalələrə Yönləndirilə Bilərsiniz.

21.02.2016

İndiyədək sirri açılmamış qalan 5 hadisə







1. Sahilə Çıxan Cəsəd - Tamam Shud Hadisəsi
1 dekabr 1948- ci ilde sabahın erkən saatlarında Avstraliyanın Adelaide bölgəsinin Somerton sahilində kim olduğu bilinməyən bir cəsəd tapıldı.Tapılan cəsəd, yay olmasına baxmayaraq, çox qalın geyinmişdi, paltarlarının üstündə heç bir etiket yoxuydu və sahildə tapılmasına baxmayaraq, paıtarları olduqca səliqəli və təmiz idi.Tibbi ekspertizadan sonra, bilinməyən bir maddəylə zəhərləndiyi məlum oldu.Hadisənin sirr doğurmasına səbəb isə cəsədin geyindiyi pencəyin gizli bir cibindəki Tamam Shud yazılı kağız parçası idi.Qəzetlərə verilən elanla kağızın qoparıldığı kitab tapıldı və yazının Ömər Xəyyamın bir şeirinin Bitdi, tamamlandı mənasını verən son misrası olduğu öyrənildi.Kitabın arxasında yazılan telefon nömrəsi də bir tibb bacısına aid idi.Tibb bacısı, kitabı 2.Dünya Müharibəsi zamanında Alfred adında bir leytenanta verdiyini dedi.Alfred tapıldı və ön səhifəsində tibb bacısının əl yazısı olan kitabdakı Tamam Shud yazılmış hissənin qoparılmadığı görüldü.

2. Hz.Məryəmi Görən Üç Uşaq - Fatima Hadisəsi



Deyiənə görə,1917-ci ildə Portuqalyanın Fatima adlı kiçik bir kəndində dağlarda çobanlıq edən üç uşaq Hz.Məryəmi gördü.Hz.Məryəm hər ayın 13-də gələcəyini dedi və uşaqlardan bir kilsə tikmələrini istədi.Hz.Məryəmin uşaqlara İkinizi yanıma çağıracam dediyi iddia edilir və iki uşaq da bir il arayla vəfat edir.Lucia adlı üçüncü uşaq isə rahibə olmaq üçün monastıra gedir.Hz.Məryəmin ona üç sirr verdiyini deyən Lucia ikisini insanlara açıqlayır.Sirlərdən biri Rusiyada kommunizmin yüksəlməsi, digəri isə 2.Dünya Müharibəsi haqqındaydı.Üçüncü sirr isə bir zərfin içində Papaya verilib və indiyədək açıqlanmayıb.






3. Bütün Heyəti Ölən Gəmi - S.S.Ourang Medan

1947-ci ilin iyun ayıında Hollandiya bayraqlı gəmi Sumatrada iki yardım siqnalı göndərdi.İlk mesajda Kapitan daxil hamı öldü, ikincisində isə Ölürəm deyilirdi.Bir gəmi köməyə getdi.Ourang Medana çattıqlarında isə gəmidəki it daxil olmaqla, bütün heyətin əlləri günəşə dönük və üzlərindəki qorxu ifadəsiylə öldüyünü gördülər.Qısa bir müddət sonra partlayışla batan gəminin sirri hələ də məlum deyil.Hadisənin səbəbinin daşıdıqları bioloji silah,yadplanetli hücumu və s. olduğuna dair irəli sürülən fərziyyələr mövcuddur.


4. Uçuş Zamanı İtən Pilot - Frederick Valentich


Avstraliyada 21 oktyabr 1978 tarixində Frederick Valentich adlı bir pilot cənubda bir adaya doğru yola çıxır.Bir anda üstündə gəzən "yaşıl işıqlar saçan, təyyarəyə bənzəməyən, olduqca sürətli" bir cisim gördüyünü nəzarət qülləsinə bildirir və qısa müddət sonra əlaqə kəsilir.Əvvələr də bu bölgədə yaşıl işıqlar saçan bir cismin varlığı  hadisəni daha da sirli bir hala gətirir.Pilotun itməsi ilə bağlı bir çox fərziyyələr irəli sürülsə də, heç kim əslində nə baş verdiyini bilmir.

5. Şeytan Aşırımı - Dyatlov Hadisəsi 
.
2 fevral 1959- cu ilin gecəsi Ural dağlarına səfərə çıxmış 9 alpinistin ölümü ilə nəticələnən sirli bir hadisədir.Kholat Syakhl dağının şərqindəki Dyatlov aşırımında baş vermişdir."Kholat Syakhl" Mansi dilində "Ölüm Dağı" mənası verir.Dyatlov adı isə qrupun lideri İqor Dyatlovun adından götürülmüşdür.
Dağçıların çadırları iç tərəfdən cırılaraq parçalanmış, qurbanların bəziləri qarda ayaqyalın, hətta alt paltarları ilə qaçaraq bir şeydən qaçdıqları, ikisinin kəllə sümüyünün, ikisinin də qabırğalarının qırıldığı, birinin də dilinin yerində olmadığı aşkarlanıb, ancaq bütün bunlara baxmayaraq cəsədlərin üstündə heç bir kəsik və yaxud yara izinə rast gəlinməyib.Paltarlarında isə yüksək dərəcədə radiasiya izləri var idi.Ölənlərin yaxınlarının dediklərinə görə, cəsədlərin dərilərində narıncı, saçlarında isə boz rəng üstünlük təşkil edirdi.
Bölgəyə yaxın ərazidə yaşayan insanlar hadisə baş verən ərəfələrdə havada narıncı rəngli kürələr gördüklərini bildirmişdilər.Bəzilərinə görə, bu SSRİ-yə aid bir silah, bəzilərinə görə isə yadplanetlilərə aid "uçan boşqab" olub.

bilgibazarı

Bunları Tanıdınızmı?


1. Çarli Çaplin 27 yaş, 1916-cı il.


2. Albert Einşteyn 13 yaş, 1893-cü il.


3. Jozef Vissarinoviç Stalin 23 yaş, 1902-ci il.


4. Lev Tolstoy 80 yaş, 1908-ci il.


5. Vladimir Putin 18 yaş, 1970-ci il.


6. George Walker Bush 25 yaş, 1971-ci il.


7. Barack Obama 19 yaş, 1980-ci il.

bilgibazarı







20.02.2016

Bəzi Məşhur İşarələrin Mənası

Google ünvan qeyd etmə işarəsi.
Bu işarə ilə yeri “Goople Map”-də yerləri qeyd edərək, sonra asanlıqla tapa bilərsiniz.

Apple əmr işarəsi.
Bu işarə də “Goople Map” kimi yer işarləmək üçün istifadə edilməkdədir. “Dogon Sonsuzluğu” kimi tərcümə edilən işarə İsveçdə yol işarəsi kimi istifadə edilir. Mənası isə, kamp etməyə uyğun yerləri göstərməkdir.

Yenidən Yüklə.
İnternet səhifələrində səhifə yeniləmə, yenidən yükləmə düyməsi. Günümüzdə xeyli məşhur olan işarə, aşağıdakı kimidir.

USB işarəsi.
USB (Universal Serial Bus) giriş işarəsini təmsil edən bu simvol, dənizər tanrısı Neptunun əlindəki şiş uclu mizrahı əsas alınaraq yaradılmışdır.

Aç-Qapa.
Demək olar ki bütün texnologiya istehsalçıları tərəfindən istifadə edilən işarə, aç-qapa anlamını ifadə edir.

Sülh İşarəsi.
Barış mənasını verən işarə, grafiker Gerald HOLTON tərəfindən hazırlanmışdır. Sülh işarəsi olaraq ən məşhur rəmzdir. Holton, sülh işarəsini hazırlarkən bayraqla xəbərləşmə metodu olan semafordan ilhamlanmışdır. İşarə, İngilis "Nuclear, Disarmament" (Nüvə və tərksilah) sözünün baş hərflərinin semafor qarşılığının birləşməsindən meydana gəlmişdir. Barış işarəsi ilk dəfə 1958-ci ildə, məşhur elm insanı Bertrand Russellinin başçılığı ilə İngiltərədə təşkil edilən bir nüvə tərksilah hərakatında istifadə edilmişdir.

Bluetoth. 

Bluetoth (blutuz) olaraq adlandırılan işarə, PC-ləri bir birinə və PC-lərlə mobil telefonları biləşdirdiyi üçün, Viking krallığının Danimarka Runik əlifbasının ilk həriflərinin birləşməsindən yaradılmışdır.


19.02.2016

Əsnəmək Keçicidirmi.?

Əsnəmək el arasında qəbul edildiyi kimi, yuxu vaxtının gəlməsinin bir işaəsi kmi qəbul edilir. Bununla bərabər əsnəmək hissinin tam olaraq nədən qaynaqlandığı məlum deyildir. Amma, bu hislə əlaqəli xüsusiyyətlərdən biri də, əsnəmək hissinin bəzən keçici olmasıdı. Yəqin ki, siz dəfələrlə qarşınızdakının əsnədiyi zaman sizdə də belə bir istəyin yarandığını müşahidə etmisiniz. Aparılmış tədqiqatlara əsasən, insanların əksər hissəsinin əsnəmək haqda düşündükdə və hətta oxuduqda əsnədikləri məlum olmuşdur. 


Əsnəyən birini izlədiyimiz zaman beynimizdə neyron təsiri ortaya çıxır və biz hə eyni hissi yaşayaraq əsnəməyə başlayırqı. Tədqiqatçıların bir hissəsi, əsnəmənin sıxıntıdan, bir hissəsi isə, qandakı oksigen faizinin yüksəlməsi nəticəsində yarandıöğını deyir. 

Əsnəmə sonrasında eyni zamanda beyində sərinləmə ortayaçıxır. Bu kompüterin vintilyator sisteminin işləməyə başlaması ilə açıqlana bilər. Bu hal eyni zamanda beynin daha yaxşı işləməsin\ səbəb olaraq bir müddətdən sonra, yuxuya getmədən çətinliklər də yarada bilər. 


Dünyanın Ən Hündür Binaları

Dünyada ən yüksək binalar. 
10. Jin Mao Tower
421 metr olan, bu bina Çinin Şanqay şəhərinin Pudon bölgəsində yerləşir. 88 mərtəbəsi olan bina ofis, nəzarət məntəqəsi, əyləncə, restoran məqsədi ilə istifadə edilir.

9. Trump International Hotel and Tower
423 metr olan bina Çikaqoda yerləşir. Toplamda 96 mərtəbədən ibarət olan bina, 847 milyon dollara başa gəlmişdir. Tramp Tower Çikaqo olaraq da tanınan bina, otel və ofis kimi istifadə edilir.

8. Guangzhou International Finance Center
440 metr və 103 mərtəbədən ibarət olan bina Çində, Guangzhou bölgəsində yerləşir. Binanın ilk 66 mərtəbəsi ofislər üçün, 67-68-ci mərtəbələri texniki dəzgahlar üçün, 97-98 otellər, 100-cü mərtəbə isə, yüksəkdən nəzaət üçün istifadə edilir. 2005-ci ildə tikintisinə başlanmış və 2010-cu ildə tamamlanmışdır.

7. Willis Tower
1974-cü ildə tikintisi tamamlanan bina, 2009-cu ilə qədər Sears Tower adlandırılmışdır. Bina hal hazırda Ameikanın ən yüksək binasıdır. Hündürlüyü 527 metr olan bina 108 mərtəbədən ibarətdir.

6. Nanjing Greenland Financial Center
2010-cu ildə tamamlanan bina, Çinin ən yüksək binasıdır. Bina ticarət, ofis, nəzarət kimi istifadə edilir. Mərtəbə sayısı 89-dur.

5. Petronas Towers
Malezyanın Kuala Lampur şəhərində yerləşən ekiz binalar eyni zamanda dünyanın ən yüksək ekiz binasıdır. 451 metr olan bina 88-mərtəbədən ibarətdir və tikintisi üçün 1.5 milyard dollar xəclənmişdir. Eyni zamanda binada iki, bir birinə keçmək üçün körpü var və bunlar dünyada ən hündürdə tikilən körpülərdir.

4. International Commerce Center
Hong Kongun qərbi Kowloon bölgəsində yerləşən binanın yüksəkliyi 484 metrdir və 2010-cu ildə tamamlanmışdır. Binanın içində Ritz Karlton 5 ulduzlu restoranı yer alır və son 15 mərtəbə bu restorana aiddir.

3. Shanghai World Financial Center
Çinin Şanqay şəhərinin Pudong bölgəsində yerləşən bina, 494 metrdir və 101 mərtəbədən ibarətdir. 2008-ci ildə tamamlanmış bina üçün 1.2 milyard dollar xərclənmişdir.

2. Taipei 101
Tayvanın rəmzi sayılan bina, 2004-cü ildə tamamlanmışdır. Mühəndislik möcüzəsi kimi sayılan bina, 2010-cu ilə qədər, dünyanın ən yüksək binası olmuşdur.

1. Burj Khalifa
Dünyanın ən yüksək binası isə, Birləşmiş Ərəb Əmirliklərində, Dubayda yerləşir. 828 metr olan bina, 160 mərtəbədən ibarətdir. Eyni zamanda 76-cı mərtəbəsində yerləşən hovuz, dünyanın ən hündürdə yer almış hovuzudur.





17.02.2016

Mauricce Tillet - Real Dünyanın "Şrek"i

Dünyada yetərincə məşhur olan və bir çoxlarımız təfindən maraqla izlənən "Şrek" animasiya filmindəki qəhrəman gerçək imiş. Bu barədə bir çox əcnəbi xəbər portallarında məlumatlar yayılıb.
Yazılanlara görə, gerçək "Şrek" Mauricce Tillet 1903-də Fransada doğulub. 14 dildə danışmağı bacaracaq qədər zəki bir insan olan Tilletin şairlik qabiliyyəti də, olub. 20 yaşında nadir rastlanan bir xəstəlik keçirməsi nəticəsində sümükləri qeyri normal şəkildə böyüyərək zahiri görünüşündə böyük dəyişiklik yaranır. Xarici görünüşü səbəbi ilə narahat edildiyi üçün Tillet Amerika Birləşmiş Ştatlarına köçmüşdür və "Fransız Mələyi" (The Rench Angel) ləqəbi ilə peşəkar güləşçi olmuşdur. Mauricce Tilletə "Rinqlərin qorxulu divi" ləqəbi qoyulmuşdu. Kariyerasında en böyük uğuru isə 1944-cü ildə Amerika Dünya Güləş Federassiya çempionu Steve Caseti (Cusher) məğlub etməsi olub. Bu uğurdan 10 il sonra, 1954-cü ildə ürək çatışmazlığından vəfat edib.
Bu günümüzə qədər gələn şəkillərdən də, Tilletin animasiya filmi qəhrəmanı "Şrek"ə oxşarlığı görünür.









bilgibazarı

İllər keçməsinə baxmayaraq öz populyarlığını itirməyən 20 ikonik poster

Yəqin ki, bu posterləri artıq dəfələrlə görmüsünüz.Bir çoxunun parodiyaları və fərqli versiyaları belə var.Bəziləri maraqlı hekayələri ilə də seçilir.



1. "Che Guavera"



Bir inqilab simgəsi kimi tanınan bu posterin dizaynını Jim Fitzpatrick, Alberto Kordonun 1960-cı ildə çəkdiyi foto əsasınında vermişdir.




2. "Einsteinin Fotosu"

                                             


Foto Einsteinin 72-ci yaş günündə çəkilmişdir.Einstein bütün fotoqrafların kameralarına gülümsəməkdən bezir və sonda bu pozu verir.
Ən məşhur fotosu da bu olmuşdur.Bu günlərdə sosial şəbəkə istifadəçilərinin "ən sevimli" fotolarından biridir.Ən azından ölkəmizdə...



3. "Keep Calm And Carry On"



Poster, İngiltərə tərəfindən İkinci Dünya Müharibəsi zamanında hazırlanmışdır.bu poster də günümüzdə sosial şəbəkə istifadəçilərinin və dizaynerlərin sevimlilərindəndir.Dekorasiya üçün də geniş istifadə olunur.


4. "ABŞ Əsgər Qəbulu Posteri"



Amerikan ordusu əsgər toplamaq üçün belə bir poster hazırlamışdı.1877-1960-cı illərdə yaşamış illüstrator J.M.Flag tərəfindən hazırlanmışdır.Poster,"Uncle Sam" adı ilə tanınır.




5. "The Rolling Stones "



Dünyadakı ən yaxşı və ən məşhur rok qruplarından hesab olunan "Rolling Stones" qrupunun loqosu ikonik posterlər arasında öz yerini almışdır.



6." Hope" 



Mənası "ümid" olan bu poster, Barack Obamanın prezident seçkilərində istifadə edilməsi üçün Shepard Fairey adlı küçə sənətçisi tərəfindən hazırlanmışdır.Orginal fotonun müəllifi isə Mannie Garciadır.


Poster, 2008-ci ildə çəkilmiş "The Big Lebowski" filmindən ilhamlanaraq hazırlanmışdır.





7. "Abbey Road"




 Bütün dövrlərin ən yaxşı sənətçisi siyahısında 1-ci yerə layiq görülmüş "The Beatles" qrupunun "Abbey Road" albomunun qapaq şəklidir.
Şəkildəki yolun adı da "Abbey"dir və dünyanın ən məşhur piyada keçisi kimi tanınır.Arxadakı maşının nömrəsi isə dəfələrlə oğurlanmışdır.



8. "Bob Marley" 



Dünyaya reggae musiqisini tanıdan Bob Marleyin bu fotosunu poster olaraq, hər yerdə görmək mümkündür.



9. "Hidden Depths"


"Gizli dərinliklər" mənası verən poster, İngiltərədə geniş istifadə olunur.Aysberqin görünməyən tərəfini təmsil edir.

10. "Audrey Hepburn"


Bütün dövrlərin ən gözəl qadınlarından hesab edilən, moda ikonası və öz dövründə Hollywoodun sevimli aktrisalarından olan Audrey Hepburn...Bu gün belə çox sayıda pərəstişkara malikdir.
Posterlər daha çox 1961-ci ildə çəkilmiş "Tiffanydə Qəlyanatlı" filminin foto çəkilişlərindəndir.

11. "We Can Do It"



İkinci Dünya Müharibəsi zamanı hərbi silah-sursat istehsal edən fabriklərdə işləyən qadınların simgəsi hesab olunur.Feminist bir simgə kimi qəbul edilir, çünki kişilərin gördüyü işlərin öhdəsindən qadınların da gələ biləcəyini göstərir.
Şəkildəki qadın isə Rosie the Riveter olaraq tanınır.Poster J.Howard Müllerə məxsusdur.

    bilgibazarı