Yenot
itini bəzən də Ekon olaraq da adlandırırlar. Bu heyvanın yenot iti
adlandırılmasının səbəbi isə xarici görünüşcə yenotla itin qarışımına bənzəməsidir.
Elə bu səbəbdəndir ki, uzun illər bu iki heyvan cinsi arasında bir bağın olduğu
qəbul edilsə də, sonradan bunun yanlış olduğu və sadəcə oxşarlığın bir təsadüf
olduğu da qəbul edilmişdir. Yenot itinin gözləri o qədər də inkişaf etməsə də qoxunu alabilmə
hissi xeyli inkişaf etmiş sayılmalıdır.
Bu
heyvanın quyruğunu diqqətə almadan uzunluğu 55 sm dir və yerdən çiyinlərinə
qədər olan hündürlük isə təxminən 20 sm ə bərabərdir. Kürkünün yan qismi sarı,
qarın və bel hissəsi isə qəhvərəngidir. Yenot itinin mövsümdən aslı olaraq
tükləri tamamən yenilənsə də, bu özünü yalnızsa kürkün sıxlığında və
ağırlığında göstərir.
Onun
çıxardığı səslər bir itin çıxardığı səslərdən çox, pişik miyoltusuna bənzəyir.
Eyni zamanda erkək heyvanlar cütləşəmək üçün dişi arayışına girdikdə ulamağa
başlarlar.
Yenot
itinin təbii şəkildə yayıldığı ərazilər, Sibir, Çinin bir qismi, Yoponyadır.
Anacaq 19-cu yüz ildə kükr istühsalında isifadə etmək üçün Rusyanın Avropa
hissəsinə də gətirilmişdir. Amma, bu heç də gözlənilən nəticəni verməmişdir.
Çünki məlum olmuşdur ki, bu heyvanın keyfiyyətli qış kürkü yalnız təbii
şəraitdə yaşadıqda inkişaf edir. Elə bu səbəbdəndir ki, Ukrayna 1928-1950 ci
illərdə 10.000 Yenot İtini təbii meşəliyə buraxmışdır. Nəticədə yenot itləri
təbii sürətdə qərbə duğru yayılmağa başlamış və son illərdə Almanya, İtaliya,
Fransa kimi ölkələrin meşələklərində də nəzərə çarpmışlar.
Bu
heyvanın bir xüsusiyyəti onun ürkək olması və yalnızca gecələr aktivlik
göstərmələridir. Elə bu səbəbdəndir ki, onlar əksər hallarda qalın meşələrə
üstünlük verirlər. Bu heynanın qidalanma çeşidi olduqca genişdir. Onlar
balıqlar, böcəklər, ilanlar, quş yumutaları və hətta meşə meyvələri ilə də
qidalanırlar. Leşlərlə qidalanmaq da onların yemək menülərinə daxildir.
Bu
heyvanlar sürü halında yaşamazlar və dünyaya gətirdikləri 6-10 arası balaları
ilə həyatlarını keçirirlər. Yenot İti öz sinifinin tək qış yuxusuna gedən
nümaəndəsidir. Vəhşi təbiətdə Avrasya Vaşağı, Qurd, Boz Ayı kimi yırtıcılar
onun başlıca düşmanlarıdır.
bilgibey
0 yorum:
Yorum Gönder