Dünyanın Ən Çox Gəlir Əldə Edən 10
İdmançısı.
10 - Kobe
Bryant - 49.5 milyon Dollar – Basketbol
Ləqəbi Black Mamba olan məşhur
NBA basketbolçusu 1978-ci ildə, ABŞ-da anadan olmuşdur. 1.98 metr boyunda olan
basketbolçu 15 dəfə üst-üstə NBA-nın ən yaxşı idmançısı seçilmiş və bununla
rekord qırmışdır.
9 - Tiger
Woods - 50.6 milyon Dollar
– Golf
Məşhur qolfçu 1975-ci ildə
ABŞ-da anadan olmuşdur. İdmançı 2008-ci ildə saniyəsinə 148 dollar qazanmışdır.
14 dəfə böyük turnirlərin qalibi olmuş idmançı hal-hazırda 41 yaşındadır.
8 - Phil
Mickelson - 50.8 milyon Dollar – Golf
Qolfçu idmançı 5-i böyük
turnirlərdə olmaq üzərə, 40 dəfə birinlicik yaşamışdır. İdmançı 1970-ci ildə
ABŞ-da anadan olmuşdur.
7 - Kevin
Durant - 54.1 milyon Dollar – Basketbol.
1988-ci ildə ABŞ-da anadan
olmuş basketbolçu 2.06 metr hündürlüyündədir. 5 dəfə ALL STAR və 5 dəfə NBA-nın
ən yaxşı beşliyində yer almış idmançının bununla bərabər bir sıra birincilikləri
də var.
6 - LeBron
James - 64.8 milyon Dollar – Basketbol
1983-cü ildə ABŞ-da anadan
olmuş futbolçu 2.03 metr boyundadır.
5 - Roger
Federer - 67 milyon Dollar –
Tenis
1981-ci ildə İsveçin Bazel
şəhərində anadan olan idmançı, 25 Qrand Slam finalında oynayan ilk tenisçidir.
İdmançı 2003-cü ildən, 2011-ci ilə qədər 8 il Qrand Slam qalibi olmuşdur.
4 - Lionel
Messi - 73.8 milyon Dollar – Futbol
24 İyun 1987-ci ildə
Argentinada anadan olmuş futbolçu karyerası boyunca 3 dəfə dünyanın ən yaxşı
futbolçusu olaraq seçilmişdir. Hal-hazırda da karyerasını Barselona futbol
kulubunda davam etdirən idmançı dünyanın ən yaxşılarındandır.
3 -
Cristiano Ronaldo - 79.6 milyon Dollar – Futbol
5 fevral 1985-ci ildə
Portuqaliyada anadan olan futbolçu 2 dəfə dünyanın ən yaxşısı seçilmişdir.
Hal-hazırda İspanyanın Real Madrid kulubunda çıxış edən idmançı yenə də
dünyanın ən yaxşısı adını almağa namizəd olanlardandır.
2 - Manny
Pacquiao - 160 milyon Dollar – Boks
1978-ci il 17 dekabrda
anadan olan bokusçu əslən filippinlidir. İdmançı 3 dəfə ilin ən yaçşı
döyüşçüsü, 3 dəfə isə, ESPY kateqoriyasında ilin ən yaxşı döyüşçüsü adını
almışdır.
1-Floyd Mayweather - 300 milyon Dollar – Boks
24 fevral 1977-ci ildə
anadan olmuş idmançı 6 dəfə ESPY kateqoriysı üzrə ən yaxşı bokusçu seçilmişdir.
Əslən ABŞ-lı oalan idmançı 2015 ilinin ən çox gəlir əldə edən idmançısıdır.
bilgibey
0 yorum:
Yorum Gönder