Ailədə 17 uşağın ən kiçiyi olan Dimitri İvanoviç Mendeleyev, 1834-cü ildə fervral ayının 8-ci günündə, Rusiyanın Tobalsk vilayətində dünyaya göz açıb. 2 fevral 1907 tarixində St. Peterburqda ölüb.
Rus alim ilk təhsilini sürgündə alıb. Babası Sibirin ilk qəzetini çap edirdi. Mendeleyevin atası litsey müdiri idi. Atasının ölümündən sonra, anası oğluna daha yaxşı şərtlər altında təhsil vermək üçün qərbə köçdü.
"Spirt və suyun birləşməsi" üzərində təcrübəsi ilə doktoranturalıq keçən Mendeleyev Sankt Peterburq (Leninqrad) Universitetində özünü tanıtdı. Fransa və Almaniyada etdiyi analizlər ona 1858-ci ildə Almaniyadakı "Karlsruhe Kimya Konfransına" qatılmasına yol açdı. İlk neft quyularını görmək üçün Pensilvaniyaya getdi.
St. Peterburq Universitetində kimya professoru ünvanını alarkən, hələ 32 yaşında idi. Kimyəvi elementləri xassələrinə görə sıralayaraq, kimyaçıların "səssiz komputeri" sayılan "kimyəvi elementlərin dövrü sistemi" cədvəlini əldə etdi. O zaman hələ elmə məlum olmayan bəzi elementlərin tapılacağını və onların xassələrini əvvəldən bildirdi.
Mendeleyevin 25 böyük kitabdan ibarət digər elmi tədqiqatları da, kimya elminə bir çox yenilikləri gətirdi.
Mendeleyev 70-ə yaxın müxtəlif akademik və elmi birliklərin üzvi idi.
Hökumətin işinə qarışmaması üçün verilən əmri icra etməkdənsə, professorluqdan istefa etməyi daha münasib görən alim, Liberal düşüncələri dəstəkləyir və Çarın istəklərini rədd edirdi.
Elm dünyasının böyük alimi ilk "kimyəvi elementlərin dövrü sistemi" cədvəlini çap etdirdiyi zaman kəşf olunan elementlərin sayı hələ 63 idi. Bu say Mendeleyevin ölümündən 1 il sonra 86-ya çıxdı.
1955-ci ldə Glenn Seaborgun rəhbərliyi altında amerikalı fiziklər tərəfindən sintezlənən 101 atom nömrəli elementə Mendeleyevin şərəfinə "mendelevyum" adı verilmişdir.
bilgibey
0 yorum:
Yorum Gönder