Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə) süni intelellekt sahəsində məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professorudur. O bu ali təhsil müəssisəsinin
ömürlük professoru seçilmiş yeganə şəxsdir.Atası İranın Ərdəbil şəhərində
anadan olmuş, anası Foriya Koriman isə, əslən yahudidir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının
fəxri sədri olar alim ilk təhsilini Bakıda 16 saylı məktəbdə başlasa da, sonra
SSSR-nin siyasəti ilə əlaqədar ailəliklə İrana köçməyə məcbur qalmışlar və
Lütfi Zadə təhsilini bir müddət İranda, daha sonra isə, ABŞ-da davam etdirib.
Daha sonra Tehran Elektrik Mühəndisliyi Universitetinə daxil olan alim 1944-cü
ildə ABŞ- qaydır. 1947-ci ildə valideyinlərini də oraya aparan Lütfi Zadə,
1948-ci ildə Massaçuest Universitetində magistr dərəcəsi, 1957-ci ildə isə, dərəcəsi
alır. Ozamandan Berkli Universitetində içləməyə başlayan alim, bu gün
universitetin fəxri professorudur və alimin adına Kaliforniyada “İnformasiya
Texnologiyaları Zadə Universiteti” açılmışdır.
O, dünyada nəzəriyyələrinə ən çox istinad edilən
alimlərdəndir. 1990-2000 illəri arasında Lütfi Zadənin nəzəriyyələrindən
36000-dən çox müraciət edilmişdir. Dünya elminə ən böyek tövəsi isə, qeyri səlis
məntiq, (0-1) anlayışıdır. Bu nəzəriyyə 1960-cı ildə tamamlansa da Amarika cəmiyyəti
20 il bu nzəriyyəni qəbul etməmişdir. İlk olaraq Yaponya şirkətləri nəzəriyyəni
qiymətləndirmiş və bu gün “Mitsubishi”, “Canon”, “Sony”, “Nissan”, “Honda” kimi
şirkətlər bu nəzəriyyədən yararlanır. Lütfi Zadə bu nəzəriyyə ilə Yaponyaya
milyardlarla gəlir qazandırmışdır və o, elm adamlarına verilən ən yüksək
mükafat olan “Honda” mükafatını almışdır. 1980-ci ildən sona Amerikada da bu nəzəriyyə
diqqət çəkmiş və sonradan “General Motors”, “Kodak” kimi şirkətlər bu nəzəriyyədən
faydalanmışlar. Qeyri-səlis məntiq nəzəriyyəsi tək texnologiya deyil, eyni
zamanda, siyasət, pisixologiya, istehsalat sahələrində də tətbiq edilir. Alimin
dünyaca məşhur toplamda 6 nəzəriyyəsi mövcuddur. Bunlar “təssərüfatlar nəzəriyyəsi”,
“sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “ optimal süzgəclər
nəzəriyyəsi” və “soft kompyuterinq”-dir.
Alim ən son 2013-c ildə Madriddə
İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində 400 min dollarlıq mükafata
laiq görülmüşdür.
0 yorum:
Yorum Gönder